Naxçıvan məhsulları “Caspian Ecology 2018” sərgisində

188

NUHÇIXAN xəbər verir ki, Bakı Ekspo Mərkəzində 9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit “Caspian Ecology 2018” sərgisi keçirilib. Sərgidə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi də təmsil olunub.

Tədbir çərçivəsində “Qafqazda vəhşi təbiətin bərpası üzrə əməkdaşlıq” mövzusunda beynəlxalq elmi konfrans da keçirilib. Konfransın məqsədi bioloji müxtəlifliyin qorunması, regionun təbii bərpa sahəsində potensialının inkişafı üçün prioritetləri müəyyənləşdirmək və regional əməkdaşlığı genişləndirmək olub.

Sərgidə Naxçıvan Muxtar Respublikasında istehsal edilən müxtəlif çeşidli məhsullar, mineral sular, meyvə şirələri nümayiş olunub. Qeyd edək ki, sərgidə iştirakçılar daha çox Naxçıvan təbiətində olan heyvanat aləmini, təbiət abidələrini, şəfalı bitkilərini özündə əks etdirən guşələrlə maraqlanıblar.  Eyni zamanda Naxçıvan Muxtar Respublikasının zəngin təbiətinin və ətraf mühitin  mühafizəsi istiqamətində görülən işlər, əldə olunan nəticələri özündə əks etdirən videoçarx da tədbir iştirakçılarına təqdim olunub.

Qeyd edək ki, “Caspian Ecology 2018” sərgisində dünyanın 8 ölkəsindən 43 şirkət o cümlədən Azərbaycan, Almaniya, Böyük Britaniya, İtaliya, Türkiyə və digər ölkələr iştirak edib.

Vaqif  Ağalarov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: