Yeniyetmə sərbəst güləşçilərimiz İranda güclərini sınayacaqlar

111

Noyabrın 1-2-də İranın Məşhəd şəhərində yeniyetmələr arasında sərbəst güləş üzrə “Seyid Cəfər Musəvi Kuboku” keçiriləcək.

NUHÇIXAN xəbər verir ki, məşqçi Vahid Məmmədov və Namiq Quliyevin rəhbərliyi altında qonşu ölkədə Murad Haqverdiyev (45 kq), Kənan Heybətov (48 kq), Elmir Rüstəmov (51 kq), Zirəddin Bayramov, Məhəmmədəli Quliyev (hər ikisi 55 kq), Əbülfəz Nəsirov, Sabir Cəfərov (hər ikisi 60 kq), Cəbrayıl Hacıyev (65 kq), Rəşad Əzizov (71 kq), Abdulcəlal Şabanov (80 kq), Saqadulla Ağayev (92 kq) və Hamlet Nəsibli (110 kq) mübarizə aparacaqlar.

Ölkəmizi hakim qismində Kamran Əliyev təmsil edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: