Sentyabrda “Azərkosmos”un xidmət ixracının dəyəri 1,4 milyon dollar olub

98

Doqquz ayda “Azərkosmos” ASC tərəfindən dünyanın 22 ölkəsinə xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.

NUHÇIXAN İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın oktyabr sayına istinadla xəbər verir ki, hesabat dövründə “Azərkosmos” ASC peyk və telekommunikasiya xidmətlərinin ixracından 16,7 milyon ABŞ dolları məbləğində gəlir əldə edib. Sentyabr ayında isə “Azərkosmos” ASC-nin xidmət ixracının dəyəri 1,4 milyon ABŞ dolları olub. “Azərkosmos” ASC-nin 2018-ci ilin ilk 9 ayı ərzində xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Fransa, Malayziya, Birləşmiş Ərəb Əmirlikləri, Almaniya, Gürcüstan və digərləridir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: