Yengicə kəndindəki qədim abidə ziyarət olunub

134

NUHÇIXAN xəbər verir ki, “Muzey günləri” qrafikinə əsasən Şərur rayonunda idarə, müəssisə və təşkilatların kollektivləri Yengicə kəndindəki Şərq hamamını ziyarət ediblər. Kollektivlərə məlumat verilib ki, XVIII əsrdə tikilən bu abidə XX əsrin 80-ci illərinə qədər fəaliyyət göstərib. Bu ərazidə yaşayan insanların həyat şəraiti, yaşayış səviyyəsindən xəbər verən  hamam uzun illər Yengicə və ətraf kəndlərin əhalisinə xidmət göstərib.

Vurğulanıb ki, baxımsızlıq səbəbindən dağılmaq vəziyyətində olan bu tarixi abidədə 2017-ci ilin mart ayından etibarən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin himayəsi ilə bərpa işlərinə başlanıb. Hamam tarixi görünüşü qorunmaqla bərpa olunub,  içərisində xidmət sahələri yaradılaraq sakinlərin istifadəsinə verilib.

Arzu Sadiqov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: