Ermənistan ordusunun hərbçiləri minaya düşüblər

225

Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirilən Ermənistan ordusunun dörd hərbi qulluqçusu minaya düşərək müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə Ermənistan mətbuatında və sosial şəbəkələrdə məlumatlar yayılıb.

Yaralanan hərbi qulluqçuların yaxınlarının verdikləri məlumatlardan məlum olur ki, düşmən ordusunun hərbi qulluqçuları mayor Avetik Balayan, Hraçik Koçaryan, baş çavuş Gevorq Hovanesyan və adı açıqlanmayan daha bir əsgər minaya düşdükləri üçün hərbi hospitala yerləşdirilib.

Qohumları yaralıların vəziyyətlərinin ağır olduğunu deyiblər. A.Balayanın və H.Koçaryanın ayaqlarının dizdən aşağı amputasiya edildiyi bildirilib.

Baş verən hadisələrlə bağlı araşdırma aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: