Yapon GPS fəaliyyətə başlayıb

188

Yaponiya qlobal mövqe müəyyənetmə sisteminin bu ölkəyə məxsus yeni sistemini işə salıb.

NUHÇIXAN NHK telekanalına istinadla xəbər verir ki, yeni sistem dörd ədəd “Michibiki” orbital süni peykindən istifadə edir. Həmin süni peyklərdən sonuncusu ötən ilin oktyabrında orbitə çıxarılıb. ABŞ-a məxsus GPS süni peyk sistemini tamamlayan yeni süni peyklərdən biri hər zaman Yaponiya üzərində yerləşir.

Həmin süni peykdən daxil olan siqnalların hərəkət bucağı göydələnlərin yarada biləcəyi əngəllərdən yayınmağa imkan yaradır. Bu, həmin siqnalları qəbul edən smartfonların və avtomobillərin naviqatorlarına mövqeyi daha dəqiq və etibarlı təyin etməyə kömək edir.

Süni peyklərin göndərdiyi xüsusi siqnallar isə mövqenin təyinatındakı yayınmaları 10 metrdən bir neçə santimetrədək azaldır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: