Əlyazmalar Fondunun balansına yeni qədim kitablar daxil olub

230

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə,  bu il də AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutundan bəzi əlyazmaların elektron variantı, eyni zamanda ekspedisiya yolu ilə 10, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən isə 16 əlyazma və qədim çap kitabı fonda daxil olub.

Muxtar respublika ərazisindən toplanılan və elmin müxtəlif sahələrinə aid olan əsərlər arasında “Tənbihətül-qafilin”, “Tərəssül”, “Xavərnamə”, “Zadül-məad”, “Gülşəni-əttar”, “Rüstəmnamə”, “Külliyati-Dəxil” və Azərbaycan dilində ərəb əlifbası ilə çap olunan digər kitablar öz əksini tapıb. Bu kitablardan 12-si fondun əməkdaşları tərəfindən yenidən cildlənib, bir qisminə isə müxtəlif gigiyenik xidmət göstərilib. Elmi, dini, fəlsəfi və bədii məzmuna malik olan əlyazma və çap kitablarına ilkin rəylər yazılıb, üzərində adı, müəllifi, dili, yazıldığı tarix və fondda saxlanılan şifr nömrəsi göstərilib.

Fonda daxil olan yeni əlyazma və çap kitablarının geniş şəkildə tədqiqi nəzərdə tutulub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: