YAP Şərur Rayon Təşkilatının şura iclası keçirilib

214

NUHÇIXAN xəbər verir ki, Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatının növbəti şura iclasında 2018-ci ildə görülmüş işlər müzakirə olunub, qarşıda duran vəzifələr müəyyənləşdirilib. Gündəlikdə duran məsələ ilə əlaqədar YAP Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əmir Babayev məruzə edib.

Qeyd olunub ki, 2018-ci ildə Şərur rayonunda da inkişaf təmin olunub, abadlıq-quruculuq, yaşıllaşdırma tədbirləri geniş vüsət alıb, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində əhəmiyyətli addımlar atılıb. 

​Yeni Azərbaycan Partiyası Şərur Rayon təşkilatının ötən ildəki fəaliyyətindən danışan Əmir Babayev təşkilatın il ərzində bir sıra tədbirlər keçirdiyini diqqətə çatdırıb. Bildirib ki, rayonda hərtərəfli sosial-iqtisadi inkişafın təmin olunması, quruculuq tədbirlərinin geniş miqyas alması sahəsində qarşıda duran vəzifələrin yerinə yetirilməsində, həmişə olduğu kimi 2018-ci ildə YAP üzvləri fəallıq nümayiş etdirib. 

Diqqətə çatdırılıb ki, hesabat dövründə YAP rayon təşkilatının 4 şura, 12 idarə heyəti yığıncağı keçirilib. İl ərzində Yeni Azərbaycan Partiyası sıralarına 151 üzv qəbul olunub. Sözügedən dövrdə ilk partiya təşkilatlarının fəaliyyətinə daim nəzarət edilib. 

Əmir Babayev 2019-cu ildə qarşıda duran vəzifələrdən danışaraq vurğulayıb ki, bundan sonrada bu işlər diqqətdə saxlanılmalı, ona nail olunmalıdır ki, əsasən bacarıqlı, təşəbbüskar, ictimai işlərə daha çox maraq göstərən gənc oğlan və qızlar YAP sıralarına qəbul edilsinlər. 

Yığıncaqda YAP Şərur Rayon Təşkilatı Qadınlar Şurasının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Yeganə Məmmədova, Gənclər Birliyinin sədri Cahandur Məhərrəmov, YAP rayon təşkilatı idarə heyətinin üzvü Ünbülbanu Musayeva çıxış ediblər.

Sonda gənc partiya üzvlərinə partiyanın üzvlük vəsiqələri təqdim olunub.

                                                                              Turab Hacızadə

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: