İsti vanna qəbul edilməsi yarım saatlıq qaçış qədər faydalıdır

111

Ən azı 60 dəqiqə vanna qəbul edilməsi insan orqanizminə pozitiv təsirə malikdir. İsti suda istirahət hətta 2-ci tip diabetin qarşısını alır.

NUHÇIXAN Rusiyanın mail.ru saytına istinadla xəbər verir ki, Britaniyanın Lafboro universitetindən doktor Stiv Folknerin rəhbərliyi ilə aparılan tədqiqatlar nəticəsində alimlər belə qənaətə gəliblər.

Folknerin rəhbərliyi ilə orqanizmin “passiv qızmasının” xüsusiyyətlərini öyrənən alimlərin fikrincə, onun əhəmiyyəti gigiyenik faydası ilə bitmir. Onlar isti suda olarkən insan qanında sərf edilən kalorinin miqdarını hesablayıblar və təcrübə aparıblar. Təcrübədə iştirak edən 14 nəfərin hər biri bir saat ərzində temperaturu 40 dərəcə olan isti vannada uzanıb, bundan sonra isə iştirakçılar müxtəlif fiziki tapşırıqları yerinə yetiriblər. Nəticədə məlum olub ki, bir saat isti vanna qəbul edilməsi yarım saatlıq qaçışı əvəz edə bilər.

Qaçışçılar əzələ ağrılarına qarşı mübarizədə isti vanna, sauna və hamamın faydalı xüsusiyyətlərindən istifadə edirlər. Həmin prosedurlar əzələ ağrılarını yüngülləşdirir, zəhər və yığıntıları çıxarır. Lakin bəzi atletlər heç də isti vannalarla deyil, soyuq buz vannaları da qəbul edirlər və onun da orqanizmə müsbət təsiri var.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: