XXI əsrin ən uzun “Qanlı Ay” tutulması hadisəsi baş verir

454

NUHÇIXAN xəbər verir ki, təbiət hadisəsi Bakı vaxtı ilə saat 22:24:27-də başlayıb.

Tam tutulmanın başlanması isə saat 23:30:15-ə təsadüf edəcək. Tam tutulma 01:13:11-də sona çatacaq. Bu zaman Ayın səthi qızılı rəngə bürünəcək. Ona görə də bəzən buna “Qanlı Ay” deyirlər.

1 saat 43 saniyəlik tutulma hadisəsinin bütövlükdə sona çatması saat 02:19-də qeydə alınacaq və həmin vaxt Ayın səthi tam açılacaq.

İkinci tutulma gecə saatlarında olduğu üçün prosesi Azərbaycanda da tamamilə müşahidə etmək mümkün olacaq. Qeyd edilən tarixdə, həmçinin Mars -Yer qarşıdurması hadisəsi baş verəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: