“Xiaomi” şirkəti “ağıllı” bloknot təqdim edib

103

“Xiaomi” şirkəti qurğularının çeşidini genişləndirməyə davam edir: şirkət tərəfindən hazırlanmış bloknot avtomatik olaraq bütün yazıları rəqəmləşdirir.

NUHÇIXAN “hi-tech.mail.ru” saytına istinadən xəbər verir ki, bloknotda istifadə edilən elektromaqnit rezonans texnologiyası qələmlə çəkilmiş xətləri yüksək dəqiqliklə müəyyənləşdirməyə imkan verir. Elektronika bu siqnalı emal edərək onu rəqəmli sənəd şəklində saxlayır. Beləliklə, konspekt, şəkil, çertyojları yadda saxlamaq olar.

Bundan başqa əllə yazılmış mətnin tanınması funksiyası var: belə mətn avtomatik olaraq “Word” sənədə çevriləcək. Bloknot istənilən kağızla işləyir. Bütün yazıları “iOS”, “Android” və “Windows 10” üçün proqramlar vasitəsilə saxlamaq olar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: