AMEA Naxçıvan Bölməsində tədbir olub

114

NUHÇIXAN xəbər verir ki, AMEA Naxçıvan Bölməsində YAP AMEA Naxçıvan Bölməsi müəssisədənkənar ərazi ilk təşkilatı tərəfindən “Heydər Əliyev və Naxçıvan: ideyadan reallığa” mövzusunda tədbir keçirilib.

Tədbiri AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açıb.

Qeyd olunub ki, müstəqilliyinin ilk addımları məhz Naxçıvanda atılıb. 1990-cı il noyabrın 17-də Azərbaycan Xalq Cümhuriyyətinin üç rəngli bayrağı ulu öndər Heydər Əliyevin təşəbüssü ilə Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edilib. Görkəmli dövlət xadimi Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra dövlət bayrağı milli suverenliyin simvolu kimi təsdiq olunub, Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında normativ aktlar qəbul edilib.

Diqqətə çatdırılıb ki, Dövlət Bayrağının rəsmi olaraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasında qəbul olunmasını və bu günün dövlətçilik tariximizdəki əhəmiyyətini nəzərə alan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2014-cü il noyabrın 17-də “Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, hər il noyabr ayının 17-si Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd olunur.

Cavid Səfərli

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: