Xərçəng xəstəliyinə nəfəs vasitəsilə diaqnoz qoya bilən cihaz sınaqdan keçirilir

116

Böyük Britaniyanın Kembric Universitetində hazırlanan və xərçəng xəstəliyinə nəfəsdəki molekulların təhlili vasitəsilə diaqnoz qoya bilən cihaz sınaqdan keçirilməyə başlanılıb.

NUHÇIXAN xəbər verir ki, tədqiqatçılar cihazdan ilk mərhələdə mədə və qida borusu xərçənginin diaqnozunda istifadə etməyi nəzərdə tutublar. Daha sonra onun prostat, böyrək, qaraciyər və mədəaltı vəzi xərçənginin aşkarlanması üçün sınanması planlaşdırılıb.

Alimlər cihazın xərçəngin erkən mərhələdə aşkarlanmasına və xəstələrin yaşama şanslarını artıracağına kömək edəcəyini deyiblər.

Qeyd edək ki, cihaz İngiltərədə 1500 nəfər üzərində sınaqdan keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: