Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyində kollegiya keçirilib

471

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyində 2018-ci ildə görülən işlər və qarşıda duran vəzifələrlə bağlı kollegiya iclası keçirilib.

İclasda Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova bildirib ki, dekabrın 27-də beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyası keçirilib. Sessiyada Mədəniyyət Nazirliyinin də qarşısına mühüm vəzifələr qoyulub. Natəvan Qədimova 2018-ci ildə görülən işləri ətraflı təhlil edib. Bildirib ki, ötən ilin ilk günlərindən başlayaraq mədəni tədbirlər davam etdirilib, sərgilər təşkil olunub, tamaşa və filmlər göstərilib. Eyni zamanda muxtar respublikanın mədəni-maarif ocaqlarında müxtəlif konfranslar, kitab müzakirələri və təqdimatları, ədəbi-bədii gecələr, açıq və distant dərslər, ustad dərsləri keçirilib və sərgilər təşkil edilib.

Vurğulanıb ki, 2018-ci il ərzində əlamətdar və tarixi günlərlə bağlı 652 tədbir keçirilib. İlin mühüm mədəniyyət hadisələrindən biri də “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri”nin UNESCO-nun Təcili Qorunma Siyahısına salınmasıdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 24 dekabr 2018-ci il tarixli “Şərur yallıları haqqında” Sərəncamı isə mədəniyyətimizə göstərilən daha bir diqqət və qayğının bariz ifadəsidir.

Nazir bildirib ki, hesabat dövründə muzeylərin fəaliyyəti nəzarətdə saxlanılıb, bu mədəniyyət ocaqlarına lazımi əməli və metodiki köməklik göstərilib.  Ötən il 8 eksponat təqdimatı keçirilib, muzeylərimizə 1564 eksponat daxil olub. 2018-ci ildə muzeyləri ümumilikdə 592 min 683 tamaşaçı ziyarət edib ki, onlardan 178 min 469 nəfəri əcnəbi vətəndaşlardır. May ayında Bəhruz Kəngərli Muzeyinin, dekabrda Naxçıvan Duz Muzeyinin, Qarabağlar Türbə Kompleksinin və Mədəniyyət Nazirliyinin saytları fəaliyyətə başlayıb.

Natəvan Qədimova vurğulayıb ki, bundan sonra da nazirlik öz fəaliyyətini beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyasında qarşıya qoyulan tapşırıq və vəzifələrin icrası istiqamətində quracaq.

Sonra məruzə ətrafında çıxış edənlər 2018-ci ildə görülmüş işlər və qarşıda duran vəzifələr barədə məlumat veriblər.

İclasda Nazirliyin 2019-cu il üçün iş planı təsdiq edilib.

                                                                                           

                                                                                            Turab Hacızadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: