Venesuelanın neft naziri gələn ildən OPEC Konfransına prezidentlik edəcək

96

Növbəti ildən OPEC Konfransının prezidenti Venesuelanın neft naziri Manuel Salvadore Quevedo Fernandez olacaq.

NUHÇIXAN xəbər verir ki, bu barədə OPEC məlumat yayıb. Bildirilir ki, 2019-cu il yanvarın 1-dən bir illik müddətə Venesuelanın neft naziri OPEC Konfransının prezidenti, Əlcəzairin energetika naziri Mustafa Guitouni isə həmin müddətə alternativ prezident seçilib. Ekvatorial Qvineyanın qubernatoru Agustin Mba Okomo isə gələn il OPEC-in idarə heyətinin sədri olacaq.

Qeyd edək ki, cari ildə OPEC Konfransının prezidenti Birləşmiş Ərəb Əmirliklərinin energetika naziri Suhail Mohamed Al Mazrouei olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: