Muxtar respublikada nəqliyyatın intensiv hərəkəti təmin edilir

132

Naxçıvan Muxtar Respublikası  Dövlət Nəqliyyat Xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidməti noyabr ayında muxtar respublika əhalisinə göstərilən avtonəqliyyat xidməti səviyyəsinin yüksəldilməsi üçün bir sıra tədbirlər həyata keçirib.

Belə ki, payız-qış mövsümünə hazırlıqla bağlı verilmiş tapşırıqların icrası davam etdirilib, ictimai nəqliyyatda xidmətin keyfiyyətinə və xəttə buraxılan, həmçinin yükdaşıma fəaliyyəti göstərən avtonəqliyyat vasitələrinin texniki cəhətdən saz olmalarına nəzarət artırılıb, ucqar dağ kəndlərinə işləyən nəqliyyat vasitələrinin sahibkarları ilə əlaqə saxlanılıb, mövcud çatışmazlıqların aradan qaldırılması üçün onlara lazımi köməklik göstərilib.

Şəhərdaxili nəqliyyatın intensiv və keyfiyyətli fəaliyyətini təmin etmək üçün tədbirlər görülmüş, Xətai məhəlləsində yeni obyektlərin istifadəyə verilməsi ilə əlaqədar 1 nömrəli marşrut xəttinin hərəkət istiqaməti uzadıllb.

Noyabr ayında beynəlxalq sərnişindaşıma xidməti göstərən avtobusların fəaliyyətinə nəzarət gücləndirilib, Naxçıvan-İqdır-Naxçıvan marşrutunda gündəlik sərnişindaşıma xidməti həyata keçirilib. Bu dövrdə İran İslam Respublikasından keçməklə Naxçıvan-Bakı-Naxçıvan avtobus marşrutu ilə Naxçıvandan Bakıya 1135, Bakıdan Naxçıvana isə 1008 sərnişin daşınmış, muxtar respublikanın bütün yaşayış məntəqələri marşrutla təmin edilib, 483 taksi sərnişindaşıma fəaliyyətini davam etdirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: