Ümumdünya Mətbuat Azadlığı Gününə həsr olunan beynəlxalq konfrans gələn il Efiopiyada keçiriləcək

91

BMT-nin hər il qeyd etdiyi Ümumdünya Mətbuat Azadlığı Gününə həsr edilən beynəlxalq konfrans UNESCO-nun qərarı ilə 2019-cu ildə Efiopiyada keçiriləcək.

NUHÇIXAN yerli mətbuata istinadla xəbər verir ki, Efiopiyanın xarici işlər naziri Markos Tekle UNESCO-nun nümayəndəsi Ana Eliza Santana Afonso ilə görüşündə UNESCO-ya bu qərara görə minnətdarlıgını bildirib. Onun sözlərinə görə, söz, fikir və mətbuat azadlığının təmin edilməsi hazırda ölkədə aparılan islahatların ayrılmaz hissəsidir. Nazir həmçinin Efiopiyanın mədəni irsinin qorunub saxlanılması üçün UNESCO tərəfindən daimi maliyyə və texniki yardımın göstərilməsinə görə dərin təşəkkürünü bildirib. O, ölkənin dayanıqlı inkişafı üçün hazırlanmış layihələr çərçivəsində Efiopiyanın UNESCO ilə sıx əməkdaşlıga hazır oldugunu diqqətə çatdırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: