Ulu öndər Heydər Əliyevin siyasi irsi gənclərə təbliğ olunur

127

NUHÇIXAN xəbər verir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi irsinin gənclərə öyrədilməsi məqsədilə Naxçıvan Müəllimlər İnstitutunun tələbələrinə açıq dərs keçirilib. Tədbirdə qeyd edilib ki, müstəqillik illərində ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən gənclər siyasəti milli dəyərlərə söykənən, Vətəninə, xalqına bağlı olan, müasir düşüncəli gənc nəslin formalaşdırılması, bu gəncliyin potensialından dövlətin inkişafı naminə istifadə edilməsi məqsədi daşıyıb. Ulu öndərin gənclərlə çoxsaylı görüşü, dəyərli tövsiyələri onların ümummilli maraqlar və dövlət mənafeyi ətrafında birləşmələrinə səbəb olub. Gənclərlə iş sahəsində normativ-hüquqi sənədlərin qəbul edilməsi, gənclərin dövlət quruculuğuna fəal cəlb olunması dövlətin gənclər siyasətinə mühüm töhfə verib. Bununla da Azərbaycan gəncinin tam hüquqlu vətəndaş kimi öz gələcəyinə sahib çıxması və ona göstərilən etimadı doğrultmağa çalışması üçün bütün şərait yaradılıb. Ümummilli liderimizin əsasını qoyduğu gənclər siyasəti bu gün muxtar respublikamızda da uğurla davam etdirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində gənclərin sağlam, vətənpərvər ruhda formalaşmaları, yüksək səviyyədə təhsil almaları, cəmiyyətin müxtəlif sahələrində fəal iştiraklarını təmin etmək üçün ardıcıl tədbirlər görülür.

Görülən bu işlərin nəticəsidir ki, Naxçıvan şəhəri 2018-ci il üçün ölkəmizin Gənclər Paytaxtı seçilib.

Qeyd edək ki, tədbir Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublikası Təşkilatının İcra Katibliyi və partiyanın Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin təşkilatçılığı ilə keçirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: