Rusiyalı jurnalistlə Ermənistan səfirliyi arasında gərgin mükalimə davam edir

142

Məşhur rusiyalı jurnalist, “Qovorit Moskva” radiostansiyasının baş redaktoru Sergey Dorenko ilə Ermənistanın Rusiyadakı səfirliyi arasında gərgin mükalimə davam edir.

NUHÇIXAN “Sputnik” agentliyinin saytına istinadla xəbər verir ki, Ermənistanın səfirliyi jurnalisti ölkənin baş naziri vəzifəsini icra edən Nikol Paşinyan haqqında “heç bir əxlaq çərçivəsinə sığmayan” ifadələr işlətməkdə ittiham edib və S.Dorenkonun “Paşinyan siyasət sahəsində seçim edə bilmədiyi kimi, cinsi azlıqlara münasibətdə də mövqeyini müəyyən edə bilməyib” sözlərini bütün erməni xalqına qarşı təhqir kimi qiymətləndirib. Səfirlik, həmçinin jurnalistin Paşinyanı cinsi azlıqların Yerevanda keçirilən forumuna müsbət yanaşmaqda ittiham etməsini də “erməni liderin imicinə vurulan ciddi zərbə” kimi qiymətləndirib.

S.Dorenko səfirliyin bəyanatına cavabında bildirib ki, onun erməni xalqını təhqir etmək niyyəti olmayıb və söz azadlığı çərçivəsində N.Paşinyan haqqında düşüncələrini dilə gətirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: