Ukraynalı pedaqoqlar Naxçıvanda olublar

75

Ukraynanın İrpen şəhərindəki Zərifə Əliyeva adına 12 nömrəli xarici dillər üzrə ixtisaslaşmış ümumtəhsil məktəbinin nümayəndələri muxtar respublikaya gəliblər.

NUHÇIXAN xəbər verir ki, Zərifə xanım Əliyevanın anadan olmasının 95 illiyi münasibətilə keçiriləcək tədbirə qatılan qonaqlar əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzindəki  abidəsinin  önünə gül dəstələri qoyub və Heydər Əliyev muzeyi ilə tanış olublar.  Qeyd olunub ki, muzeyin fondunda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlar toplanıb. Ukraynalı qonaqlar Naxçıvan Dövlət Xalça Muzeyini də gəziblər. Burda onlara Naxçıvanda xalçaçılıq sənətinin qədimliyini, tarixiliyini sübut edən və muzeyin əsas ekspozisiyasına daxil edilən xalçalar haqqında ətraflı məlumat verilib.

Daha sonra qonaqlar Heydər Əliyev adına tam orta məktəbin pedaqoji kollektivi ilə görüşüb, yaradılan şəraitlə maraqlanıblar. Həmçinin Naxçıvan şəhərindəki 3 nömrəli tam orta məktəb ilə tanış olublar. Burada yaradılan şəraitdən məmnunluqlarını bildiriblər. Məlumat verilib ki, məktəblərdə dərslər rus dilində tədris olunur və təhsil ocağının məzunları ali məktəblərə qəbul zamanı yüksək nəticələr əldə edirlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: