Ali Məclis Sədrinin doğum günüdür

3. 648

Yanvarın14-ü Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun doğum günüdür. Ulu öndər Heydər Əliyevin siyasi və dövlətçilik məktəbində formalaşan Ali Məclisin Sədri Naxçıvanın təlatümlər burulğanından çıxaraq müasir inkişafa qovuşmasında müstəsna xidmətlər göstərib. Çiçəklənən kənd və qəsəbələr, çəkilən yollar, güclü iqtisadiyyat və ordu, yüksələn mədəniyyət Naxçıvanın son 25 ildə formalaşan simasıdır. Yüksək vətənpərvərlik, humanizm, əzmkarlıq, qətiyyət, tələbkarlıq və ən əsası bir ürəyə sığmayacaq qədər böyük olan Naxçıvan sevgisi Vasif Talıbov şəxsiyyətində cəmləşib. Ali Məclisin Sədri həm də jurnalistlərin dostu və böyük qayğıkeşidir. Naxçıvan mediası onun rəhbərliyi altında böyük inkişaf yolu keçib. Naxçıvan teleradiosunun bütün kollektivi adından Hörmətli Sədrimizi səmimi təbrik edir, möhkəm can sağlığı və dövlətçilik fəaliyyətində uğurlar arzulayırıq. Yaratdıqca ucalan, ucaldıqca daha yaxşı yaradan Sədrimizlə qürur duyuruq.

Yaratdıqca ucalır

95-dən başlayır bu dastanın tarixi…

Yazanın biləyində bir polad qüvvəsi var,

Yazanın ürəyində Qorqud nişanəsi var. 

Yaratdıqca ucalır, 

Ucaldıqca daha yaxşı yaradır!

Qibləsi Əshabi-Kəhf, Məkkəsi Naxçıvandır,

Qətiyyəti sel qədər, cəsarəti ümmandır…

Körpü tikir, yol salır, 

Ordu qurur, Günnüt kimi kənd alır,

Anamız Naxçıvanı kərpic-kərpic ucaldır!

Tarixə dəyər verir və tarixi yaşadır!

Ulu öndər yoluna sədaqət rəhnidir O, 

Torpağa saf sevginin kitabı, mətnidir O.

Öncə Vətən, öncə yurd:

Məramının ilkidi,

Naxçıvan ürəyidi,

Məqamının ilkidi!

Bir vaxt yolları bağlı,

Qolu bağlı Naxçıvan 

Tənha, yalqız adadan dönübdü 

Nur selinə, işığa bələnibdi,

Arazın sahilində yanıb, şölələnibdi.

Budur, yenə bir an da boşa vermir Naxçıvan…

Əlincə daşlarından, Haçadağ vüqarından 

Güc aldıqca güc alır…

O Vasif Talıbovdu-

Naxçıvan torpağında 

Yeni tarix yaradır!!!

Sahil Tahirli

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: