UEFA-nın 2018/2019 avrokubok mövsümündə Azərbaycanın yekun mövqeyi müəyyənləşib

97

Avropa Liqasının qrup mərhələsinin VI turunun oyunlarından sonra UEFA-nın yeni reytinqi açıqlanıb.

NUHÇIXAN xəbər verir ki, 2018/2019 mövsümündə 2,375, son 5 mövsümün nəticələrinə əsasən 19,000 xala malik Azərbaycan 26-cı pillədə qalıb. “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsinin sonuncu oyununda səfərdə İngiltərə “Arsenal”ına 0:1 hesabı ilə uduzması ölkənin mövqeyinə təsir etməyib.

Bu həm də cari mövsüm üçün yekun mövqe deməkdir. Çünki 2019-cu ildə avrokubokda mübarizəni davam etdirəcək 19 ölkənin hamısı reytinq cədvəlində Azərbaycandan öndə qərarlaşıb.

Siyahıya 94,140 xala malik İspaniya başçılıq edir. İngiltərə ikinci (71,605 xal), İtaliya isə üçüncüdür (70.583).

Qeyd edək ki, cari mövsümdə avrokuboklarda Azərbaycanı “Qarabağ”la yanaşı, “Neftçi”, “Qəbələ” və “Keşlə” təmsil edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: