Bakıda QDİƏT Xarici İşlər Nazirləri Şurasının 39-cu iclası keçirilir

106

Dekabrın 14-də Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının 39-cu iclası keçirilir.

NUHÇIXAN xəbər verir ki, Azərbaycanın sədrliyi ilə keçirilən iclasda təşkilata üzv ölkələrin yüksək səviyyəli rəsmilərinin rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak edir.

Qeyd edək ki, Azərbaycanın 2018-ci il iyulun 1-dən dekabrın 31-dək QDİƏT-də sədrliyi “Bağlantılar vasitəsilə ticarətin gücləndirilməsi” şüarı altında həyata keçirilir. Azərbaycanın sədrliyinin əsas prioritetləri sırasında QDİƏT məkanında səmərəli, etibarlı və təhlükəsiz nəqliyyat və tranzit xidmətlərinin göstərilməsi, kənd təsərrüfatının ixrac qabiliyyətinin artırılması və turizmin daha da inkişaf etdirilməsi xüsusi yer tutur.

Azərbaycandan sonra QDİƏT-ə sədrlik Bolqarıstana keçəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: