UEFA İtaliya – ABŞ matçında VAR sistemini sınaqdan keçirəcək

100

UEFA İtaliya və ABŞ yığmaları arasında keçiriləcək yoldaşlıq matçında videotəkrar sistemini (VAR) sınaqdan keçirəcək.

NUHÇIXAN qurumun saytına istinadən xəbər verir ki, noyabrın 20-də Belçikanın Genk şəhərində təşkil olunacaq qarşılaşmada VAR sistemindən istifadə olunacaq. Görüş Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

Qeyd edək ki, UEFA daha öncə qurumun İcraiyyə Komitəsinin iclasında 2019/2020 mövsümündə Çempionlar Liqasının pley-off mərhələsində, 2020-ci il Avropa çempionatında, 2020-2021 mövsümündə Avropa Liqasında və 2021-ci ildə Millətlər Liqasının final mərhələsində VAR-dan istifadəyə qərar verib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: