Qayğıya ehtiyacı olan şəxslərə sovqatlar verilib

125

NUHÇIXAN xəbər verir ki, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional  İnformasiya Mərkəzində Beynəlxalq Gözdən Əlillər Günü münasibətilə tədbir keçirilib. Bu kateqoriyadan olan şəxslərə sovqatlar verilib.

Tədbir muxtar respublikanın bütün rayonlarını əhatə edib.  Beynəlxalq Gözdən Əlillər Günü münasibətilə  ümumilikdə, görmə məhdudiyyəti olan 300 şəxsə sovqat təqdim olunub.

Tədbirlərdə iştirak edə bilməyən  görmə məhdudiyyəti olan şəxslərə evlərində baş çəkilib, onlara sovqatlar verilib.

Qeyd edək ki, 13 noyabr dünyada  Beynəlxalq Gözdən Əlillər Günü kimi qeyd  edilir.

Əbülfəz Dünyamalıyev

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: