Dekabrın 17-də UEFA-nın mənzil qərargahında futbol üzrə UEFA Çempionlar Liqasının 2018-2019-ci il mövsümünün səkkizdəbir final mərhələsinin püşkatma mərasimi keçirilib.
NUHÇIXAN xəbər verir ki, püşkün nəticələrinə əsasən, səkkizdəbir finalda aşağıdakı oyunlar keçiriləcək:
“Şalke” – “Mançester Siti”;
“Atletiko Madrid” – “Yuventus”;
“Mançester Yunayted” – “Paris-Sen-Jermen”;
“Tottenhem” – “Borussiya Dortmund”;
“Lion” – “Barselona”;
“Roma” – “Porto”;
“Ayaks” – “Real Madrid”;
“Liverpul” – “Bavariya”.
Qeyd edək ki, səkkizdəbir final mərhələsinin ilk oyunları fevralın 12-13-də və 19-20-də oynanılacaq. Cavab qarşılaşmaları isə martın 5-6-da və 12-13-də keçiriləcək.
Xatırladaq ki, UEFA Çempionlar Liqasının final matçı “Atletiko Madrid” klubunun ev oyunlarını keçirdiyi “Metropolitano” stadionunda oynanılacaq.