UEFA Avropa Liqasının beşinci turu: “Beşiktaş”dan əzmkar qələbə

157

Noyabrın 29-da UEFA Avropa Liqasının qrup mərhələsinin beşinci turuna yekun vurulub.

NUHÇIXAN xəbər verir ki, tur çərçivəsində ən maraqlı qarşılaşma I qrupunda yer alan Norveçin “Sarpsborq” komandası ilə İstanbulun “Beşiktaş” kollektivi arasındakı qarşılaşma olub. İstanbul təmsilçisi matçın 1-ci və 6-cı dəqiqələrdə hesabda geri düşsələr də, ikinci hissədə təşəbbüsü tam ələ alaraq oyunda qalib gəlməyi bacarıblar. “Beşiktaş”ın heyətində Lens (62, 90) və Vaqner Love (66) fərqləniblər.

Qrupdakı digər qarşılaşmada “Malmö” ilə “Genk” heç-heçə ediblər – 2:2. Bu nəticədən sonra qrupda “Genk” (8 xal) birinci, “Beşiktaş” (7) ikincidir. “Malmö 6 xalla üçüncü, “Sarpsborq” isə 5 xalla dördüncü sıradadır.

Gün ərzində digər görüşlərdə aşağıdakı nəticələr qeydə alınıb:

A qrupu

“Bayer Leverkuzen” – “Ludoqorets” – 1:1

“Sürix” – “AEK Larnaka” – 1:2

B qrupu

“Rusenborq” – “Seltik” 0:1

“Zaltsburq” – “Leyptsiq” – 1:0

C qrupu

“Bordo” – “Slavia Praqa” – 2:0

“Zenit” – Kopenhagen” – 1:0

D qrupu

“Anderlext – “Spartak Trnava” – 0:0

“Fənərbağça” – “Dinamo Zaqreb” – 0:0

E qrupu

“Qarabağ” – “Sportinq” – 1:6

“Vorskla” – “Arsenal” – 0:3

F qrupu

“Milan” – “Dudelanj” – 5:2

“Real Betis” – “Olimpiakos” – 1:0.

G qrupu

“Spartak” – “Rapid Vyana” – 1:2

“Reyncers” – “Vilyarreal” – 0:0

H qrupu

“Apollon Limassol” – “Latsio” – 2:0

“Ayntraxt” – “Marsel” – 4:0

I qrupu

“Malmö” – “Genk” – 2:2

“Sarpsborq” – “Beşiktaş” – 2:3.

J qrupu

“Krasnodar” – “Akhisar” – 2:1

“Standart Liq” – “Sevilya” – 1:0

K qrupu

“Astana” – “Dinamo Kiyev” – 0:1

“Jablonets” – “Renns” – 0:1.

L qrupu

“BATE Borisov” – “Videoton” – 2:0

“Çelsi” – “PAOK” – 4:0.

UEFA Avropa Liqasının qrup mərhələsinin altıncı turunun görüşləri dekabrın 13-14-də oynanılacaq.

Turnirin 2018-2019-cu il mövsümünün final oyunu gələn il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: