Özbəkistan MDB Parlamentlərarası Assambleyasına üzv olub

123

Özbəkistan MDB-yə üzv dövlətlərin Parlamentlərarası Assambleyasına (MDB PA) üzv olub.

NUHÇIXAN Özbəkistan mətbuatına istinadla xəbər verir ki, Sankt-Peterburqda keçirilən MDB PA Şurasının iclasında Özbəkistanın Assambleyaya qəbul edilməsi ilə bağlı müvafiq sənədi bu ölkə Senatının sədri Niqmatilla Yuldaşev imzalayıb.

Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko deyib: “Özbəkistanın bizim ümumi parlament ailəsinə – Assambleyaya daxil olmasını sevinclə qarşıladım”.

Sənədi imzalayan N.Yuldaşev isə bildirib ki, MDB PA-ya qoşulmaq bizə Assambleyanın üzvü olan dövlətlərlə yeni münasibətlər yaratmağa, beynəlxalq aləmdə nüfuzumuzu yüksəltməyə imkan verəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: