UEFA Avropa Liqası: “Qarabağ” komandası doğma meydanda “Sportinq”ə böyük hesabla uduzub

188

Futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsinin beşinci turu çərçivəsində E qrupunda yer alan “Qarabağ” klubu noyabrın 29-da Bakı Olimpiya Stadionunda Portuqaliyanın “Sportinq” komandası ilə qarşılaşıb.

NUHÇIXAN xəbər ki, “Qarabağ” oyunda böyük hesabla (1:6) məğlub olub.

Fransalı referi Fransua Leteksiyenin idarə etdiyi oyunda hesabı qonaqlar açıblar. Matçın 5-ci dəqiqəsində qonaqların heyətində Bas Dost 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib – 0:1. Matçın 14-cü dəqiqəsində ağdamlılar hesabı bərabərləşdiriblər. Abdellah Zubir adını tabloya yazdırıb. Lakin bu qoldan sonra təşəbbüsü tamamilə ələ alan portuqaliyalılar 20-ci dəqiqədə Bruno Fernandesin, 33-cü dəqiqədə isə Naninin qolları ilə ilk hissəni üstün başa vurublar – 1:3.

Fasilədən sonra da təşəbbüsü əldən verməyən qonaqlar 65-ci və 82-ci dəqiqələrdə Abdulaye Diabinin, 75-ci dəqiqədə isə Bruno Fernandesin qolları ilə komandalarının böyük hesablı qələbələrini rəsmiləşdiriblər – 1:6.

Qrupun digər oyununda isə “Arsenal” səfərdə “Vorskla”nın qapısından üç cavabsız top keçirib.

Beləliklə, 5 turdan sonra E qrupunda “Arsenal” (13 xal) və “Sportinq” (10 xal) növbəti mərhələyə yüksəliblər. “Vorskla” və “Qarabağ”ın aktivində 3 xal var.

Dekabrın 14-də keçiriləcək sonuncu turunda “Arsenal” və “Qarabağ”, “Sportinq” ilə “Vorskla” qarşılaşacaqlar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: