Culfada qadınların hazırladığı rəsm və əl işləri nümayişi olub

133

NUHÇIXAN xəbər verir ki, Culfa rayonunda istedadlı qadınların  rəsm və əl işlərindən ibarət sərgi-satış təşkil edilib.

Tədbirdə çıxış edən icra hakimiyyəti başçısının müavini Kəmalə Səfərova bildirib ki, rayonda yaşayan istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərginin təşkil edilməsində məqsəd qadınların sənətkarlığı və bacarıqlarını üzə çıxarmaq, milli dəyərlərimizi qorumaq, adət-ənənələrimizi gənclərə aşılamaq, mənəvi irsimizi yaşatmaqdır.

Sonra sərgiyə baxış olub. Sərgidə 36 istedadlı qadının toxuculuq, dekorativ tətbiqi sənət nümunələri olmaqla 261 rəsm və əl işi sərgilənib.

Röyal Kərimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: