Türkiyəli rejissorun filmi Oskar mükafatına namizəd seçilib

258

Türkiyəli rejissor Nuri Bilgə Ceylanın ekranlaşdırdığı “Ahlat Ağacı” filmi 91-ci Akademik Mükafatlandırmada Oskar mükafatına namizəd kimi təsdiqlənib.

NUHÇIXAN Anadolu Agentliyinə istinadla xəbər verir ki, 17 nəfərlik seçici assambleyası “Xarici dildə ən yaxşı film” nominasiyası üzrə Türkiyə namizədini müəyyənləşdirmək üçün qiymətləndirmə iclasını keçirib.

Bədii tədbirlər komissiyasına müraciət edən 12 ekran əsərinin dəyərləndirildiyi komissiyada Kann Film Festivalında nümayiş etdirilən “Ahlat Ağacı” filmi namizəd seçilib.

Akademik Mükafatlandırmanın 2019–cu ilin fevralında ABŞ-da keçiliməsi planlaşdırılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: