Naxçıvanda 24 məzun orta məktəbi medalla bitirib - FOTOLAR

993

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində ümumtəhsil məktəblərini xüsusi nailiyyətlərlə başa vuran məzunların  qızıl və gümüş medalları onlara təqdim edilib.

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov təltifolma mərasimində məzunları təbrik edib. Bildirib ki, 2017-2018-ci tədris ili üzrə ali məktəblərə qəbul olan məzunların 331-i imtahanlardan daha yüksək nəticə göstərərək 500-700 intervalında bal toplayıb. Bu il də muxtar respublikanın ümumtəshil məktəblərini bitirən məzunlardan 13-ü qızıl, 11-i gümüş medala, 151-i isə fərqlənmə attestatına layiq görülüb.

Sonra ümumtəhsil məktəblərini xüsusi nailiyyətlərlə bitirən məzunlara medallar təqdim edilib.

Sevinclərini NUHÇIXAN-la bölüşən məzunlar bildiriblər ki, muxtar respublikada gənclərin mükəmməl təhsil alması, vətənpərvər böyüməsi üçün lazım olan hər cür şərait yaradılıb. Təhsil quruculuğu sahəsində görülən işlərin nəticəsidir ki, qədim diyarda gənclər savadlı, dünyagörüşlü və əsl vətənpərvər kimi formalaşırlar. Qeyd ediblər ki, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, məktəblərimizin müasir informasiya texnologiyaları, dərsliklərlə zənginləşdirilməsi bizim daha yaxşı təhsil almağımıza imkan verib.

                                                                                       Röyal Kərimov

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: