Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan bu gün İranda keçiriləcək üçtərəfli görüşdə iştirak etmək üçün Tehrana gediblər.
NUHÇIXAN xəbər verir ki, hər iki dövlət başçısını İranın yüksək vəzifəli şəxsləri qarşılayıblar. Onlar İran prezidenti ilə görüşmək üçün “Espinas Palas” otelinə yola düşüblər.
Xatırladaq, zirvə görüşündə Suriyada yaranmış vəziyyət və problemin həlli məsələsi müzakirə ediləcək. Yerli mətbuatının verdiyi məlumatlara görə, Türkiyə və Rusiya prezidentləri İran İslam Respublikasının Ali Lideri Seyid Əli Xamneyi ilə də görüşəcəklər. Bundan başqa, zirvə görüşündə ABŞ-ın hər üç ölkəyə tətbiq etdiyi iqtisadi sanksiyalar və İranın nüvə proqramı da müzakirə mövzusu olacaq.