“Türk Hava Yolları” uçduğu ölkələrin sayını 121-ə çatdırıb

110

“Türk Hava Yolları” (THY) uçduğu ölkələrin sayını 121-ə, istiqamətlərin sayını isə 301-ə çatdırıb.

“Türk Hava Yolları”ndan bildirilib ki, Türkiyənin milli aviaşirkəti son olaraq Fritauna (Syerra-Leone) birbaşa reyslər həyata keçirməyə başlayıb, bununla da uçuşlar etdiyi ölkə və istiqamətlərin sayını artırıb.

Afrika üzrə digər aviaşirkətlərdən daha çox istiqamətlərə uçuşlar həyata keçirən və bu yaxınlarda Fritaunun paytaxtı Syerra-Leoneyə birbaşa reyslər açan “Türk Hava Yolları” öz marşrut şəbəkəsini fəal şəkildə inkişaf etdirir.

Hazırda aviaşirkət Akkra, Laqos, Bamako, Konakri, Dakar, Abican, Kotonu, Duala, Yaunde, Ndjamena, Uaqaduqu, Niamey, Keyptaun, Yohanesburq və Afrikanın bir çox digər şəhərlərinə uçuşlar həyata keçirir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: