Babək rayonundakı İmamzadə Kompleksində təmir- bərpa işləri yekunlaşır

117

Naxcivantv.az xəbər verir ki, türbədə təmir-bərpa işləri yekunlaşmaq üzrədir.

Ziyarətgahın həm də bir memarlıq abidəsi olduğu nəzərə alınaraq orijinallığı qorunur. XVIII əsrə aid memarlıq abidəsi olan İmamzadə bir çox dəyişikliklərdən, təmir və bərpa işlərindən sonra dövrümüzə qədər gəlib çıxmışdır. Nehrəm İmamzadəsi türbə, təkyə və yardımçı binalardan ibarətdir. Əhali arasında yayılan rəvayətə görə imamzadədəki  qəbirdə yeddinci imam Musa Kazımın oğlu Seyid Əqil dəfn olunub.

Qeyd edək ki, bundan əvvəl Naxçıvan şəhər imamzadəsi və Şərur rayon Xanlıqlar kəndindəki İmamzadə də təmir-bərpa olunaraq əhalinin istifadəsinə verilib.

Mətin Abbaslı

NTV xəbər

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: