Fevralın 23-də Türkiyənin müxtəlif peşə sahiblərindən və nüfuzlu kütləvi informasiya vasitələrinin əməkdaşlarından ibarət 30 nəfərlik alpinist qrupu Xocalı soyqrımı qurbanlarının xatirəsini anmaq üçün Naxçıvana gəlib.
Onlar fevral ayının 24-də Naxçıvan alpinistləri ilə birgə məğrurluq simvolu sayılan Haçadağın zirvəsinə qalxaraq Xocalı soyqrımı qurbanlarını yad ediblər.
Əməkdaşlarımızda alpinistlərlə Haçadağın zirvəsinə qalxaraq bununla bağlı videomaterial hazırlayıblar.