Naxçıvan mətbəxi - Balıq bozpörtü

821

 

Milli mədəniyyətimizin daşıyıcılarından biri olan Naxçıvan mətbəxi bir-birindən ləziz təamlarla zəngindir. Bu diyarın təmiz havası, dumduru suları, əsrarəngiz təbiəti, bitki örtüyü Naxçıvan mətbəxinin rənglərində də özünü açıq aydın  göstərir.

Ona görə də tarixən ekoloji-təmiz məhsullardan hazırlanan milli yemək və şirniyyatların şöhrəti dünyanı dolaşıb. Elə indi olduğu kimi…

Naxcivantv.az “Naxçıvan mətbəxi” kitabında yer alan nümunələri Azərbaycan və İngilis dillərində öz oxucularına təqdim edir.

Bu gün sizi “Balıq bozpörtü” nün hazırlanma qaydası ilə tanış edəcəyik.

Balıq bozpörtü

Balıq təmizlənir, yuyulub doğ­ranır, duzlanır, una batırılıb yağda azca qızardılır. Qazanın dibinə 1-2 qaşıq yağ qoyulur, 1 pomidor doğra­nır, 1 lay halqa-halqa doğranmış so­ğan, 1 lay qızardılmış balıq, bibər, 1 lay soğan düzülür, üzərinə duz, bir neçə ədəd dəfnə yarpağı, cəfəri və reyhan, diri istiot, 1 iri pomidor doğranıb düzülür, ağzı örtülüb bişirlir. Pomidor olmadıqda tomatdan də istifadə edilir. Bu zaman 0,5 st qaynadılmış su əlavə edilir.

Ərzaq: 1 kq balıq, 50-60 qr kərə yağı, 2 ədəd pomidor, 300-400 qr baş soğan, 1-2 ədəd şirin bibər, 3-4 dəstə göyərti (cəfəri və reyhan), 1 neçə ədəd diri istiot, 2-3 ədəd dəfnə yarpağı, duz. (3 nəfər üçün)

Fish bozport

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: