Tibb fakültəsinin binasında son tamamlama işləri aparılır

261

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin binasında son tamamlama işləri görülür.

Yenidənqurma işləri zamanı, binaya yeni korpus da əlavə olunub. Əvvəlki binası müasir tələblərə cavab verməyən  fakültənin tədris sahəsi  genişləndirilib. Binanın dam örtüyü vurulub, pəncərələr salınıb, fasad hissə üzlənib. Həyətdə isə  abadlıq işləri aparılır, yerə daş döşənir, kənarlara bardürlər düzülür. Eyni zamanda binanın ətrafında  müasir işıqlandırma sistemi də quraşdırılır. Fakültə binasının daxilində işlərin bir çoxu yekunlaşıb, hazırda  son tamamlama işləri görülür.

Dörd mərtəbədən ibarət olacaq binada 28 auditoriya,  laboratoriyalar, kitabxana, kompüter otağı, elektron siniflər, anatomiya muzeyi, 130 yerlik konfrans zalı, kafedralar və digər iş otaqları fəaliyyət göstərəcək. 

                                                                              Cavid Səfərli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: