Ermənistana satılan təbii qazın qiyməti artırılıb

140

Yürütdüyü işğalçılıq siyasəti səbəbindən təcrid vəziyyətinə düşən Ermənistan yeni ilin ilk günlərəni qiymət artımı ilə qarşılayıb.  Artıq işğalçı ölkə Rusiyadan aldığı qazın hər min kubmetri üçün 150 dollar deyil, 165 dollar ödəməli olacaq.

NUHÇIXAN erməni KİV-lərinə istinadla xəbər verir ki, ilin sonuna kimi artımın 200 dolları keçəcəyi gözlənilir. Siyasi şərhçilər bunun ciddi fəsada səbəb olacağını bildirirlər.

“Ermənistana satılan qazın qiymətinin artması ölkəni tezliklə daha çətin problemlərlə üz-üzə qoyacaq”. Bu barədə siyasi şərhçi Akop Badalyan yerli media qurumlarına açıqlamasında deyib. Onun sözlərinə görə, əhalinin gəlirləri qiymət artımına adektav deyil. Hökumət bunun qarşısını almalı idi. Lakin baş nazir səlahiyyətlərinin icraçısı gözdən pərdə asmaq üçün Moskvaya səfər etdi və əliboş qayıtdı. Nəticədə İrəvan Moskvadan aldığı qazın hər min kubmetri üçün ötən il olduğu kimi, 150 dollar deyil, 165 dollar ödəməli olacaq. Artıq “Qazprom” da bununla bağlı rəsmi açıqlama yayıb. Razılığa əsasən, 2019-cu il ərzində Ermənistan Rusiyadan 2,5 milyard kunbmetr qaz alacaq. İlin sonunadək isə qiymət artımının 200 dolları keçəcəyi gözlənilir. İndi hökumət əhali üçün nəzərdə tutulan qazın tariflərini qaldırmamağın yollarını axtarır. Bu isə mümkün olmayacaq. Qiymət artımına görə Ermənistan büdcəsi 137,5 milyon dollar vəsait itirəcək. Bu, Ermənistanı müəyyən büdcə təşkilatlarını bağlamağa məcbur edəcək ki, nəticədə işsizlik və ölkədən kənara əmək miqrasiyası xeyli artacaq. Artıq cəmiyyətdə belə bir fikir formalaşıb ki, Paşinyan gəldi, problemlər isə qaldı. Ermənistanda yaşayış getdikcə daha da ağırlaşır. İşğalçı ölkədə inqilabi eyforiya əhəmiyyətli dərəcədə səngiyib. Sanki insanlar meydana yalnız ona görə çıxmışdılar ki, Nikol Paşinyan, nəhayət, hakimiyyətin sükanı arxasına keçsin. Baş nazir səlahiyyətlərinin icraçısının təmsil etdiyi blok həm qanunvericilik, həm də icra hakimiyyəti üzərində tam nəzarət qazanıb. İnsanlara yalnız dəyişiklikləri gözləmək qalıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: