“The Jerusalem Post”: Ermənistan Cənubi Qafqazın ən geridə qalmış və asılı ölkəsidir

60

Ermənistanda insanlar daim var-yoxdan çıxma, təhqir edilmə və hətta öldürülmə qorxusu ilə yaşamaqdan beziblər.

Nələr baş verdiyini obyektiv qiymətləndirmək üçün isə dönüb yaxın keçmişə, indiki hadisələrdən təqribən on il əvvələ baxmaq lazımdır. Məhz 2008-ci ilin martında Serj Sarkisyan ölkənin tam ağası oldu. O, təkcə Ermənistan prezidenti deyildi, onun real ağası idi. İndi, düz on il sonra Serj Sarkisyan ölkənin tam sahibi olaraq qalmaqdan ötrü Konstitusiyaya dəyişikliklər barədə referendumun nəticələrini saxtalaşdırmaqla, respublikada başqa hakimiyyəti ələ keçirmək üçün “zəmin” təmin etdi.

Naxcivantv.az xəbər verir ki, bu barədə beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qut İsraildə çıxan nüfuzlu ingilisdilli “The Jerusalem Post” qəzetində dərc edilmiş “Ermənistanın baş naziri uğursuzluğa düçar oldu və 11 günlük etirazdan sonra istefaya getdi” sərlövhəli məqaləsində yazıb.

Məqalə müəllifi vurğulayır ki, Ermənistan Respublikasında çox mürəkkəb və boğucu vəziyyətin günahkarlarından birinin – Serj Sarkisyanın hakimiyyətinin taleyi böhranlı olub. İsrailli ekspertin fikrincə, müasir mərhələdə Ermənistan Cənubi Qafqazın ən geridə qalmış və asılı ölkəsidir. Arye Qut qeyd edir ki, S.Sarkisyanın prezidentlik etdiyi son on ildə Ermənistanın xarici borcu 300 faizdən çox artıb və hazırda ÜDM-nin 50 faizindən çoxdur. Daimi əsasda Ermənistanda yaşayan ortabab erməninin öz övladının vətəndə karyera qurmasına deyil, pul qazanmaq üçün xaricə getməsinə üstünlük verdiyini diqqətə çatdıran A.Qut yazır: “Xaricə gedən, yaxşı həyatın və azadlığın dadını görən gənclər Ermənistana qayıtmaq və işğal edilmiş özgə ərazisində – Dağlıq Qarabağda ölmək istəmirlər. Əgər belə getsə, Ermənistan tədricən boşalacaq və hətta gələcəkdə bu dövlətin taleyi məchul olacaq və o, yer üzündən silinəcək”. Arye Qut vurğulayır ki, Ermənistan silahlı qüvvələri 1992-ci ilin fevralında Azərbaycanın Xocalı şəhərini tərk edə bilməyən heç bir insana aman verməyiblər. Danılmaz tarixi faktdır ki, Serj Sarkisyan Xocalıda kütləvi qırğının günahkarlarından biridir. Xocalı qırğını təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı cinayətdir. Arye Qut “The Jerusalem Post” qəzetində dərc olunmuş məqaləsində 2016-cı ilin Aprel döyüşlırinə toxunaraq, Azərbaycanın səbr kasasının bir gün dolcağını və bütün cinayətkarların cəzalandıracağını vurğulayır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: