Ali Məclisin Sədri istedadlı gəncə hədiyyə verib - VİDEO

82

Naxçıvan şəhərindəki Hüseyn Cavid adına 5 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi Nicat Əsədlinin bu günlərdə “Sevimli dostlarım – kitablar” adlı kitabı  çapdan çıxıb.

Ali Məclisin Sədri ilk kitabının nəşr olunması münasibətilə Nicat Əsədlini təbrik edərək, faydalı təşəbbüsünə görə təşəkkürünü bildirib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin məktubunu və hədiyyəsini, eləcə də oxunması zəruri olan kitabları Nicat Əsədliyə təqdim edib.

NUHÇIXAN həmin tədbirdən olan videomaterialı təqdim edir:

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: