Tələbələr istehsalat təcrübəsində olublar
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin Ekologiya mühəndisliyi ixtisasının tələbələri Geoloji Axtarış və Kəşfiyyat İdarəsində istehsalat təcrübəsi keçiblər.
Çöl tədqiqatları üçün kameral mərkəzlə tanış olan tələbələrə burada mühəndis-texniki personalın işləməsi, çöl işləri zamanı geoloji işlərin araşdırılması barədə xəritə üzərində dolğun məlumat verilib.
Onlar Türkiyə Respublikasından yeni alınan “Atalay” yer qazan texnikası ilə tanış olublar. Məlumat verilib ki, texnika vasitəsi ilə yerin 700 metr dərinliyində yerləşən faydalı qazıntı yataqlarını kəşf etmək mümkündür.
Sonra tələbələrə burada fəaliyyət göstərən muzey barədə geniş məlumat verilib. Bildirilib ki, burada həmçinin muxtar respublikanın geologiya və faydalı qazıntılar xəritələri də nümayiş olunur.
Sadiq Məmmədov