İqtisadiyyat fakültəsinin tələbələri təcrübə keçiblər

147

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat fakültəsinin tələbələri “Cahan Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin istilik panelləri və dam örtükləri istehsalı müəssisəsində istehsalat təcrübəsi keçiblər.

Tələbələrə məlumat verilib ki, müəssisədə 5620 kvadratmetr sahədə dam örtükləri, istilik panelləri və boyama istehsalı xətləri yaradılıb, müasir avadanlıqlar quraşdırılıb. İstilik panelləri sahəsinin istehsal gücü ayda 9500 metr panel və 8000 metr alüminium radiator, dam örtükləri sahəsinin gücü isə ayda 250 min kvadratmetr dam örtüyüdür. Standartların tələblərinə uyğun istehsal olunan məhsulların 20 faizi yerli tələbatı tam ödəyir, 80 faizinin isə ölkəmizin digər bölgələrində və xarici bazarlarda satışa çıxarılması nəzərdə tutulub.

Sadiq Məmmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: