Sürücülər Ədəbiyyat Muzeyində olublar

257

Muxtar respublikada  taksi xidməti ilə məşğul olan sürücülərin   muzeylərlə tanışlığı davam edir.  NUHÇIXAN xəbər verir ki, sürücülər bu dəfə Ədəbiyyat  Muzeyində olublar.

Məlumat verilib ki, muzeyin ekspozisiyasında  çoxəsrlik Azərbaycan ədəbiyyatı tarixini əks etdirən qiymətli əlyazmalar, tətbiqi və təsviri sənət nümunələri, qədim və müasir kitablar, eləcə də qəzet və jurnallar, xatirə əşyaları və digər muzey materialları mühafizə olunur.

Burada müasir ədəbiyyatımızın görkəmli nümayəndələri, Naxçıvan torpağının yetirdiyi şair və yazıçılar, filoloq-ədəbiyyatşünasların yaradıcılığını əks etdirən eksponatlar sərgilənir. Klassik Azərbaycan ədəbiyyatı, heykəltəraşlıq və yağlı boya ilə çəkilmiş sənət nümunələrindən ibarət eksponatlar ziyarətçilərdə maraq doğurub.

Qeyd edək ki cari ilin ötən dövrü ərzində  muzeyi  20 mindən artıq yerli və xarici qonaq ziyarət edib.

Ərhan Novruzov

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: