Məktəblilər arasında voleybol yarışı keçirilib

116

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat ximətindən NUHÇIXAN-a verilən məlumata görə,  Vəli Zeynalov adına 3 №-li tam orta məktəbin idman zalında Naxçıvan şəhər tam orta məktəblərinin qız komandaları arasında voleybol birinciliyi keçirilib. Yarış “31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü” münasibətilə təşkil olunub.

Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Naxçıvan Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 17 komanda iştirak edib. Beynəlxalq Voleybol Federasiyasının mövcud qaydalarına əsasən, keçirilən birinciliyin yekun nəticəsində  10 №-li tam orta məktəbin komandası  birinci, 3 №-li tam orta məktəbin komandası ikinci, 15 №-li və 2 №-li tam orta məktəblərin komandaları isə üçüncü yerlərə layiq görülüblər. Sonda yer tutan komandalar təşkilatçıların diplomları ilə mükafatlandırılıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: