Sinoptiklərdən xəbərdarlıq: Anomal istilər geri qayıdır

577

Sinoptiklər anomal istilərlə bağlı xəbərdarlıq ediblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən NUHÇIXAN-a bildiriblər ki, iyulun 11-13-də ölkə ərazisində hava şəraitinin anomal isti keçəcəyi, havanın maksimal temperaturunun 35-39°, Naxçıvan Muxtar Respublikasının və Mərkəzi Aran rayonlarının bəzi yerlərində 41-43°, dağlıq rayonlarda isə 28-33°-yə yüksələcəyi proqnozlaşdırılır.

İyulun 11-12-də Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturunun 35-39° isti olacağı bildirilir.

Tibbi-meteoroloji proqnoza əsasən, iyulun 11-12-də Abşeron yarımadasında zəif küləklərin üstünlüyü, bəzi saatlarda durğun və rütubətli hava şəraiti fonunda isti temperatur diskomfortu gözlənilir ki, bu da əksər əhali üçün əlverişsizdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: