Sinoptiklər xəbərdarlıq edirlər: Naxçıvanda havanın hərarəti 42 dərəcəyədək yüksələcək

509

Sinoptiklər anomal istilərlə bağlı xəbərdarlıq ediblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən NUHÇIXAN-a bildirilib ki, iyunun 26-dan ayın sonunadək ölkə ərazisində hava şəraitinin anomal isti olacağı, havanın maksimal hərarətinin 35-40°, Mərkəzi Aran rayonlarının və Naxçıvan Muxtar Respublikasının bəzi yerlərində 42°-dək yüksələcəyi proqnozlaşdırılır.

Tibbi-meteoroloji proqnoza görə, iyunun 26-27-də Abşeron yarımadasında günorta saatlarında isti temperatur diskomfortu gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: