Şahbuzda tibbi aksiya     

128

NUHÇIXAN xəbər verir ki, Akademik Mirəsədulla Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının bir qrup professor-həkim heyəti Şahbuz rayonunda tibbi aksiya keçirib. Həkimlərə müraciət edən pasiyentləri tibbi xidmətlə təmin etmək məqsədilə Şahbuz Rayon Mərkəzi Xəstəxanasında lazımi şərait yaradılıb.  Xəstəxananın tibbi heyəti də Bakıdan gələn həkimlərlə birgə əhaliyə xidmət göstərib.

Cərrah, lor, terapevtdən təşkil olunan həkim briqadası  80 nəfərin müayinə və müalicəsini  həyata keçirib.

Aztəminatlı ailələrdən 60 nəfərin  üzərində ümumi cərrahi əməliyyatlar aparılıb.

Qeyd edək ki, humanitar aksiya sabah Ordubad rayonunda davam etdiriləcək .

                                         Novruz Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: