Naxçıvan şəhərində yeni yaşayış binaları tikilir

549

NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhərinin Heydər Əliyev prospektində tikilən 44 mənzilli 6 mərtəbəli yeni yaşayış binası milli və müasir memarlıq üslubunda inşa olunur.  Binada ikiotaqlı, üçotaqlı, dördotaqlı, yeddiotaqlı və doqquzotaqlı mənzillər yerləşəcək. Mənzillərin sahəsi ikiotaqlılarda 90, üçotaqlılarda 110 və 150, dördotaqlılarda 153, 165 və 175, yeddi otaqlılarda 325 və 360, doqquzotaqlıda isə 420 kvadratmetr olacaq. Yaşayış binasında lift quraşdırılacaq.  Zirzəmidə isə  29 yerlik avtomobil dayanacağı yaradılacaq. 4 girişi olan binanın birinci mərtəbəsində 12 mağaza fəaliyyət göstərəcək. 

Həmin  prospektdə 7 mərtəbəli 6 mənzilli yeni  yaşayış binası da inşa olunur. Binada hər mənzilin sahəsi 130 kvadratmetr olacaq. 

Bu il Nizami küçəsindəki 34 və 36 nömrəli  çoxmərtəbəli  yaşayış binaları əsaslı təmir olunub və sakinlərin rahatlığı üçün hərtərəfli şərait yaradılıb. Hazırda isə 38 nömrəli binada əsaslı təmir işləri davam etdirilir.

İstiqlal küçəsi də şəhərimizin abad guşələrindən birinə çevrilib. Son illər bu küçədəki ictimai yaşayış binaları da əsaslı təmir olunub.  Hazırda həmin küçədəki 123 nömrəli binada təmir işləri aparılır.  Təmir olunan binaların zirzəmilərində  istilik, qaz, su və kanalizasiya xətləri tamamilə  yenidən  çəkilir. Elektrik, rabitə xətləri də dəyişdirilir. Həyətlərdə müasir işıqlandırma sistemləri qurulur, yaşıllıqların salınması üçün yerlər hazırlanır.

Əbülfəz Dünyamalıyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: