Şahbuz şəhərində yeni aviakassa binası tikilir

336

NUHÇIXAN xəbər verir ki,  Şahbuz şəhər Heydər Əliyev prospektində inşa olunan aviakassa üçün bina 2 mərtəbədən ibarət olacaq. Binanın birinci mərtəbəsində gözləmə zalı,  bilet satış kassaları, təhlükəsizlik  və  texniki otaqlar, eyni zamanda  məlumat köşkü yaradılacaq .

İkinci mərtəbədə isə aviakassa işçiləri üçün müasir xidmət otaqları və mətbəx  inşa olunacaq. Hazırda binanın təməlində beton-qəlib işləri görülür.

 Bina istifadəyə verildikdən sonra aviakassada rayon sakinlərinə Naxçıvan-Bakı və digər istiqamətlərlə yanaşı, həm də Bakı şəhərindən başqa ölkələrə getmək üçün də bilet satışı həyata keçiriləcək.

                         Novruz Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: